Şou-biznes

Məşhur müğənni evində döyüldü

26 Avqust 2021 17:36
0 Şərh     Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərəli məşhur ulduz Keti Prays hücuma məruz qalıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müğənni gecəyarı televizor izlərkən bir nəfər evə daxil olub və ona hücum edib.

Qonşular Praysın evindən qışqırıq səslərinin gəldiyini bildirib. Məlumata əsasən, hücum nəticəsində 43 yaşlı müğənni üzündən və gözündən yaralanıb. 

Bildirilir ki, polis Keti Praysa hücum edən 32 yaşlı bir nəfəri saxlayıb. Buna baxmayaraq, həmin şəxsin şəxsiyyəti açıqlanmayıb.

Hazırda hücum edən şəxsin evə oğurluq və yaxud başqa səbəblərdən girdiyi araşdırılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.