Şou-biznes

Məleykə Əsədova ABŞ-a köçüb?

24 Avqust 2021 13:14
12 Şərh     Baxış: 2 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddətdir ABŞ-da olan Xalq artisti Məleykə Əsədovanın Azərbaycandan köçdüyü xəbəri yayılıb. Aktrisanın evini satışa qoymasının səbəbinin də bu olduğu vurğulanıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı axşam.az-a açıqlama verən aktrisa səfərinin məqsədinin dincəlmək olduğunu deyib:

"Torpağımın bir qramını belə heç bir yerə dəyişmərəm. Ölkəmə bağlıyam. Qızımla istirahətə gəlmişik. Nəinki Amerikaya, heç bir yerə köçmərəm. Ölənə qədər Azərbaycanda yaşayacam. Yaxın günlərdə Bakıya qayıdacam, çox darıxıram. Burda da ancaq ölkəmdən danışıram".

Qeyd edək ki, M.Əsədova bir müddət əvvəl evini satışa çıxardığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.