Şou-biznes

"Hər gün bu ağrını keçirirəm" - Fəxrəddin Manafov

16 Avqust 2021 12:36
1 Şərh     Baxış: 2 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mənim ən yaxınım böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Asan Radio"nun qonağı olarkən deyib. Aktyor aparıcı Emin Musəvinin "Kimlə yaxın, dostluq münasibətiniz var" sualına belə cavab verib:

"O, mənim yoldaşım Vahidə idi. Bu gün səhərlər gözümü açanda da, gecə yuxuda da, axşam yatmazdan öncə də o ağrını keçirirəm. Fikirləşirəm ki, qəribə bir ömür başladı məndə. Həyatda ən yaxınım anam-atama demədiyimi Vahidəyə deyirdim. Amma indi deyəcəyim bir kəsim yoxdur".

Qeyd edək ki, Vahidə Sadıqova bu ilin martında vəfat edib.    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.