Şou-biznes

"Dərdimiə şərik oldunuz, mən də sizi sevirəm" - Xatundan kövrək paylaşım

9 Avqust 2021 09:22
1 Şərh     Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dərd bir əlimdən tutub aşağı çəkdikcə, enməyə qoymayıb digər əlimi siz tutdunuz. Bir ayağım heysizlikdən büküldükcə, digər ayağımı yıxılmağa qoymayıb taqətim oldunuz".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Stilist qardaşı Balaşı itirən sənətçi ona dəstək olanlara səslənib:

"İçimi kədər atəşi bürüdükcə, o odu varlığınızla soyutdunuz. Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra, dünya boyda yanımda durdunuz. İndi sizə, sevginizə güvənib, sevginizdən güclənib sizinləyəm. Kədər bürümüş üzümün üzərinə çəkdiyiniz bu təbbəsümə görə də sizə təşəkkür edirəm. Səsim, nəğmələrim sizə fəda. Çox minnətdaram hamınıza. Bu çətin vaxtlarımda mənə ən çox dəstək olan elə sevənlərim oldu. Mən də sizi sevirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.