Şou-biznes

Komadan ayılan müğənninin səhhəti necədir?

8 Avqust 2021 21:33
1 Şərh     Baxış: 1 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddətdir komada olan müğənni MakSimin səhhəti ilə bağlı yeni açıqlama yayılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yaxınları onun artıq yaxşı olduğunu deyib. Bildirilib ki, MakSim danışa, hərəkət edə bilir.

Anası və qızı ilə videogörüntülü danışan ifaçı hələ də reanimasiyada saxlanılır. EKMO aparatından ayrılan müğənni özü nəfəs ala bilir. Həkimlər açıqlamasında sənətçinin pnevmoniyanın ağır versiyasını geridə qoyduğunu deyib.

Qeyd edək ki, koronavirusa yoluxan MakSim bir neçə aydır komada idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.