Şou-biznes

"Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam"

25 İyul 2021 18:58
0 Şərh     Baxış: 3 320
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mənim üçün bu xəbəri eşitmək çox ağırdır. Hələ də inanmıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Əliqızı Xalq artisti Səməd Səmədovla bağlı paylaşımında yazıb. Sənətçi duet ortağı, ötən gün dünyasını dəyişən ifaçı haqda fikirlərini bölüşüb:

"Bir gün əvvəl telefonla danışıb səhhətini soruşdum. Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam. Dedim, özünü ələ al, sağalacaqsan. Amma inanmazdım ki, Səmədi belə tez itirərik. Məkanın cənnət olsun, Səməd. Səni unutmayacağıq".

Qeyd edək ki, S.Səmədov ötən gün yerləşdirildiyi xəstəxanada vəfat edib. 74 yaşlı sənətçi koronavirusa yoluxmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.