Şou-biznes

Ancelina hakimi işdən qovdurdu

25 İyul 2021 15:50
0 Şərh     Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Ancelina Coli keçmiş əri Bred Pittə qarşı övladlarının qəyyumluğuna dair açdığı davada qərar çıxaran hakimi işdən kənarlaşdırmağa nail olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Kaliforniya məhkəməsi ortaq qəyyumluqla bağlı qərar qəbul edən hakim Con Uderkirkin işdən çıxarılması ilə bağlı Colinin apellyasiya şikayətini təmin edib.

Uderkirkin Pittin vəkilləri ilə münasibətdə olduğu və bunu gizlətdiyi üçün qəbul edilən qərarın qərəzli olduğu hesab olunub. Uderkirklə bağlı qərar onun vəzifəsindən deyil, qəyyumluqla əlaqəli işdən uzaqlaşdırılması deməkdir.

Qeyd edək ki, bu qərar Coli və Pittin 17 yaşlı Pax, 16 yaşlı Zaxar, 15 yaşlı Şaya və 13 yaşlı əkizlər Vivin və Noks üzərindəki qəyyumluq məsələsinin yenidən başlanacağı anlamına gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.