Şou-biznes

Canlı yayım qəzası - Səslərinin efirə getmədiyini düşünüb efirdə elə şeylər söylədilər ki - VİDEO

16 İyul 2021 19:24
0 Şərh     Baxış: 3 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

A Spor-da yayımlanan "Transfer Report" proqramında mikrofon qəzası qalmaqal yaradıb.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, matç görüntülərinin yayımlanması zamanı məşqçi və şərhçi Güvenç Kurtar şərhçi ortağı Serdar Sarıdağa "Qardaş, nə pul oğurladıqlarını bilmirsən? Məni əsəbiləşdirmə, Tanrım" deyib. Sarıdağ "Bilmirəm qardaş" cavabını verib. Rejissor vəziyyəti gördükdə heç bir söz söyləmədən səsi kəsib.

Beləliklə də, Güvenç Kurtar və Serdar Sarıdağ texniki səhvlərin qurbanı oldular. Onların kimləri nəzərdə tutduqları maraq mövzusuna çevrilib. Bu mikrofon qəzası barədə sosial mediada ən çox danışılan mövzu olub.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.