Şou-biznes

Çinarə Məlikzadədən ÜZÜCÜ XƏBƏR

13 İyul 2021 17:48
1 Şərh     Baxış: 3 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəyə istirahətə gedən tanınmış müğənni Çinarə Məlikzadənin koronavirus testi pozitiv çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə azxereber.com-a müğənni özü məlumat verib.

O bildirib ki, Türkiyənin Marmaris şəhərinə istirahətə yollanıb və orada koronavirusa yoluxub: "İyun ayının 28-i istirahət üçün Marmarisə gəldim, ayın 5-i Bakıya dönməli idim. Uçuşa 1 gün qala koronavirus testi verdim və testin nəticəsi pozitiv çıxdı. Bu səbəbdən də 8 gündür ki, oteldə karantindəyəm".

Müğənni özünü yaxşı hiss etdiyini deyib: "Pozitiv çıxandan sonra 2 dəfə test vermişəm və nəticə neqativ olub. Özümü yaxşı hiss edirəm. Ancaq Türkiyə qanunlarına görə hələ bir neçə gün də karantində qalmalıyam. Bu gün yenidən test götürəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.