Şou-biznes

"Miss Turkey"lə xəstəliyə qalib gəldim"

11 İyul 2021 16:23
Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Miss Turkey 2018" gözəllik yarışmasının ikincisi seçilən Tara de Vries müsabiqə sayəsində "seçici susqunluq" xəstəliyinə qalib gəldiyini deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hazırda "Kanal D"də aparıcı kimi çalışan Tara aktrisalıq dərsləri də alıb.

Maqazin verilişinə aparıcılıq edən model "Enerjiliyəm, bunu insanlara ötürməyə çalışıram. Ayaqlarını yerə sağlam basa bilən hər kəs xoşbəxtdir. Uşaqlıqda susqunluq deyə bir xəstəliyim var idi. Həkimlər "seçici susqunluq" deyirdi. Uşaqlarda bu hal çox olurmuş. "Miss Turkey" ilə bu xəstəliyə qalib gəldim. "Miss Universe"yə getdim tamamilə xəstəliyim aradan qalxdı. İndi aparıcılıq fəaliyyətimdə fikir verirəm ki, heç bir izi qalmayıb" sözlərini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.