Şou-biznes

Hollivudda qadınlara dəyər verilmədiyini açıqladı

11 İyul 2021 12:22
1 Şərh     Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur aktrisa Skarlett Yohansson film sahəsində çalısan qadınların xor görüldüyünü, dəyərləndirilmədiyini və maaşlarının az olduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Glamour Magazine"ə verdiyi müsahibəsində Hollivudda cinsi ayrıseçkiliyin olduğunu etiraf edib:

"Bir qadın olaraq hər zaman öz müttəfiqiniz olmalısınız. Çünki bizə yuxarıdan aşağı baxır, yetəri qədər dəyər vermir və az ödəniş edirlər".

36 yaşlı aktrisa, "Anam bunu mənə uşaqlıqdan aşılayıb. Çünki məndən daha şiddətli formada təcrübədən keçirib. Bərabər maaş bu mübarizənin böyük bir hissəsidir" ifadərini işlədib.

Qeyd edək ki, Skarlett Yohansson bu yaxınlarda təqdimatı keçirilən "Black Widow" filmində baş rollardan birini canlandırıb. Aktrisa hazırda ikinci körpəsinə hamilədir. Onun 6 yaşında Rouz adlı qızı da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.