Şou-biznes

"Mən dağıdanam, yoldaşım isə yığımcıldır"- Samirdən açıqlama

7 İyul 2021 20:24
2 Şərh     Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyədə dərviş həyatı yaşadım, dağlara çəkildim. Bodrumda qalıram. Hava və təbiətlə ünsiyyətdə oldum. Enerji yığdım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Samir Piriyev "Səhər mərkəzi" proqramında deyib. Sənətçi uzun müddətdir Bodrumda yaşadığını bildirib.

Həyat yoldaşı Anaradan söz açan Piriyev mahnılarına onun söz yazdığını deyib:

"Evdə bank həyat yoldaşımdır. Nə edirəm? Mən dağıdanam. Yoldaşım isə yığımcıldır".

Samir eyni zamanda vegetarian olduğunu söyləyib:

"Evdə hər kəs veqan olublar. Yoldaşım heyvan ünsürünə aid olan heç nə yemir. Bəzən uşaqlar da yemir. Bu gün yumurta yedim, hiss etdim ki, yaxşı deyiləm. Artıq mən də veqan oluram. Hələ ki, vegetarianam. Süd, pendir yeyirəm. Gələcək də onu da kəsməyi düşünürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.