Şou-biznes

Qadınları seks təriqətinə cəlb edən məşhur aktrisa həbs edildi - FOTO

2 İyul 2021 09:49
0 Şərh     Baxış: 1 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Smallville" serialının ulduzu olan amerikalı aktrisa Ellison Mek qadınları NXIVM ("Nexiam") seks təriqətinə cəlb etdiyi üçün üç il həbs cəzasına məhkum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Hollywood Reporter" xəbər verib.

Müttəhim məhkəmə zamanı zərərçəkənlərdən bağışlanmasını istəyib.

"NXIVM-ə cəlb etdiyim hər kəs üçün təəssüf edirəm. Sizi pozğun insanın mənfur və emosional  təhqiramiz planlarına məruz qoyduğum üçün təəssüf edirəm", - deyə o bildirib.

38 yaşlı Ellison Meki 17 il müddətinə azadlıqdan məhrumetmə gözləyirdi, lakin prokurorluq müttəhimin hüquq mühafizə orqanları ilə aktiv əməkdşalığını nəzərə almağı tələb edən müdafiə tərəfiinin tələbi ilə razılaşıb.

Qeyd edək ki, təşkilat 1990-cı illərin sonlarında Kit Ranyer tərəfindən "Şəxsi və peşəkar böyümə təlim şirkəti" adı altında qurulub. Prokurorluğa görə, təşkilatın rəhbəri qızları seksual köləyə çevirib, onları sədaqət andı içməyə məcbur edib və kultdan çıxmağa çalışanların intim xarakterli fotoşəkilləri və digər kompromatlarla şantaj edib.

2019-cu il tarixdə Elison Mek qəsb və qadınları seksual köləliyə cəlb etməkdə günahkar olduğunu etiraf edib, həmçinin şantaj və məcburi əməyi də inkar etməyib.

Törətdiklərinə görə cəzalandırılmağa hazır olduğunu bildirən aktrisa valideynləri və zərər verdiyi insanlar qarşısında bağışlanmasını istəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.