Şou-biznes

“Orqanlarını mənə bağışlamaq istəyirdilər”- Ölümdən dönən Xalq Artisti

1 İyul 2021 13:29
0 Şərh     Baxış: 1 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənə maddi və mənəvi dəstək olmasaydılar, bu gün burada olmayacaqdım. Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm. Xalqımızı çox sevdiyimi bilirdim. Bu hadisələrdən sonra başa düşdüm ki, az sevmişəm".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyədə müalicə alaraq xərçəngə qalib gələn Xalq artisti Ağadadaş Ağayev deyib.

Məşhur müğənni dünən Azərbaycana qayıtdıqdan sonra "Günün sədası" proqramında qonaq olub. O, çətin günlər yaşadığını qeyd edərək 4 dəfə əməliyyat olunduğunu bildirib:

"Bundan sonra aktiv musiqi fəaliyyətinə başlayacam. İnsanların rəyini oxuyanda göz yaşlarımı saxlaya bilımirdim. Xəstəlik vaxtı özümü Allaha təslim etdim. Mən 4 dəfə əməliyyat olundum. Bildim ki, Allah sevgisi olmasa, bu işin içindən çıxmaq mümkün deyil. Allah insanı xüsusi sevgi ilə yaradır. Allahın mərhəmətindən bizə də pay düşür. Sözlə ifadə etmək olmur, bəzi şeyləri yaşamaq lazımdır.

Həyatımda ilk dəfə bu qədər müddətdə ölkəmdən uzaq düşdüm, üç ay müalicə aldım. İnsanlar mənə zəng edirdilər ki, orqanlarını bağışlasınlar. Telefonda danışarkən ağlayırdılar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.