Aktrisa Xuraman Əlizadənin başına iş gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Oğuza dincəlməyə gedən sənətçinin avtomobili xarab olub və yolda qalıb. O, yolun qalan hissəsini evakuasiya ilə davam etdirməli olub.
Həmin anın görüntüsünü İnstaqramında paylaşan Xuraman əvvəlcə izləyiciləri ilə zarafat edib və arzuladığı cip avtomobilini aldığını deyib. Daha sonra isə o, maşınının evakuasiya avtomobilinin üstündə olduğunu göstərib:
"Çoxdandır arzulayırdım böyük maşın alaq, köklüyümə görə balaca avtomobilə minib düşə bilmirdim. Bir bunu görməmişdin, Xuraman. Evakuatorla gəzməyə gedirsən".
Milli.Az