Şou-biznes

Məşhur ifaçı pəhrizlərinin bədəninə mənfi təsirindən danışdı - FOTO

26 İyun 2021 15:16
Baxış: 1 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı pop ifaçısı Katya Lel müxtəlif arıqlama pəhrizlərinin bədəninə mənfi təsirlərindən danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, 2010-cu ildə musiqi prodüseri Maksim Fadeyevin onun qarşısına 46 kiloqrama qədər arıqlamaq vəzifəsini qoyduğunu xatırlayıb. Lel bu cür radikal dəyişikliklərin fiziki və zehni sağlamlığını ciddi şəkildə təsir etdiyini qeyd edib.

"Psixoloji və fiziki vəziyyətim üçün bu tamamilə səhv idi", - deyən Lel pəhrizin təsirlərinin dağıdıcı olduğunu vurğulayıb.

O, hələ də çox arıqlığa ümumi meyli anlaya bilmədiyini bildirib.

Bununla belə, məşhur ifaçı çəkisini izləməyi dayandırmadığını qeyd edib. O, mütəmadi olaraq idmanla məşğul olduğunu vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.