Şou-biznes

“Biz toy olsun deməklə bizə kim qulaq asır ki?” - "Toylar kralı" gileyləndi...

21 İyun 2021 18:24
Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi bir neçə müddətdir insanlar toyların keçirilməsinə icazə verilməsinin vaxtı olduğunu bildirirlər. 

Milli.Az xəbər verir ki, moderator.az-a açıqlamasında müğənni Manaf Ağayev də toy şənliklərinin keçirilməsinin tərəfdarı olduğunu bildirdi:
 
"Vallah mən də deyim, heç nə deyə bilmərəm. Yəqin ki, avqsut ayından sonra toylar olacaq. Biz də istəyirik toylar olsun, amma biz deməklə bizə kim qulaq asır ki? Toylar olsa, yaxşı olar. Necə məsləhətdi, dövlət necə bilir, elə də etsin. Əlbəttə, indi hamının arzusu var, valideynlər övladlarının toyunu etmək istəyir. Son vaxtlar pandemiya ilə bağlı yumşalmalar oldu. Ümid edirəm ki, toyların da keçirilməsinə icazə veriləcək. Bir sözlə, hər şeyi dövlət yaxşı bilir, nə məsləhətdirsə, o da olacaq". 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.