Şou-biznes

Müğənninin qatili olan ərindən film qadağası

12 İyun 2021 14:07
Baxış: 1 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Acıların qadını" ləqəbi ilə tanınan müğənni Bergenin qatili, keçmiş əri Halis Serbest çəkilməsi planlaşdırılan "Bergen" filmi  haqda ilk dəfə danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Bu film üçün kimdən icazə alınıb? Mənim icazəm olmasa, kimsə çəkə bilməz" sözlərini söyləyib.

Dramatik həyat hekayəsi ilə xatırlanan arabesk ifaçısı Bergen haqda film çəkənlərə səslənən Halis çəkiliş məkanının Türkiyənin harasında olursa-olsun icazə verməyəcəyini bildirib.

"İstər mediada, istər sosial aləmdə haqqımda çox şey yazıldı. Evliliyimin və çirkin sonunun səbəbini heç kimə danışmadım. Qarşılıqlı acılar çəkdik. Danışılmasını heç vaxt istəmədim. Kimsə qapalı qapılar arxasında psixoloji şiddətin kimin gördüyün bilə bilməz. Rəhmətlik Belgin Bergen olmazdan əvvəl harada idiniz? Bergenin balaca bacısı qızı var idi, onunla müqavilə bağladınız? Evimin içində nələr yaşadığımı bilirsiniz? Filmi çəkən yaşadığımız ağrılı həyata onu ekranlaşdıran Mine Şengöz şahid olub?" deyə, Halis açıqlamasında deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.