Müğənni Tuğba Özerk Alaçatdakı bir oteldə görüntülənib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bir ilə yaxındır sevgilisi ilə Alaçatıya köçüb.
Özerk bu ay sevgilisi Gökmen Tunaçan ilə nikah masasına oturacaqlarını deyib. Hazırlıqlara başlayan cütlük tez bir zamanda valideyn olmaq istədiyini gizlətməyib.
Hovuz yanında romantik anlar yaşayan sevgililər "İnşallah, bir qız övladımız olar" sözlərini deyib.
Milli.Az