Şou-biznes

"Masumiyet" serialının aktyoru və aktrisası sevgili olduqlarını yalanlamışdı, əl-ələ görüntüləndilər - VİDEO

4 İyun 2021 12:12
Baxış: 1 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün əvvəl türkiyəli aktrisa İlayda Alişan "Masumiyet" serialında birlikdə rol aldığı aktyor Serkay Tütünçü ilə sevgili olması haqda xəbərləri yalanlamışdı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük ötən gün Bodrum küçələrində paparatsilərin hədəfinə tuş gəlib. Əl-ələ görüntülənən məşhurlar səmimi davranışları ilə diqqət çəkiblər.

Serkayın İlaydanın əlindən öpməsi onların gizli eşq yaşadığını üzə çıxarıb. 

Qeyd edək ki, İlayda Serkayla sevgili olması haqda xəbərlərə münasibət bildirərkən bunları demişdi:

"Həyatımda heç kim yoxdur və yazılanlar həm ailəmi, həm də məni çox aşındırır. Diqqətimi karyerama köklədiyim bu dövrdə peşəmdən başqa hər hansı bir mövzu ilə gündəmə gəlmək istəmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.