Şou-biznes

Ezgiyə görə 16 məşhur məhkəməlik oldu

4 İyun 2021 12:00
Baxış: 1 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin 16 məşhur siması məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  İpək Ere təcavüz iddiası ilə təqsirləndirilən və 12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən Musa Orhanın sərbəst buraxılmasından sonra aktrisa Ezgi Mola Tvitter hesabında paylaşım etmişdi.

Ötən gün M.Orhanın vəkili E.Moladan "Təcavüzçü şərəfsizi sərbəst buraxan vicdanınızda boğulun. Artıq qanun, xahiş, ümid, istək, dua hər şeyi əlimizdən aldınız. Nə deyim? Ayıb olsun" sözlərinə görə, şikayətçi olub və 2 il 4 aya qədər həbs edilməsini və ya üzr istəməsini tələb etmişdi.

Aktyorlar Hazal Kaya, Serkay Tütüncü, Sarp Akkaya, müğənnilər Atilla Taş, Mahsun Kırmızıgül, Tan Taşçı, Selçuk Balcı kimi adların da yer aldığı 16 məşhur sima aktrisaya dəstək olduğu üçün M.Orhan onlardan da şikayətçi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.