Şou-biznes

Daha bir məşhur serialı reytinq qurbanı oldu

3 İyun 2021 18:18
Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fox TV-də yayımlanan və Azərbaycanda da kifayət qədər populyar olan "Savaşçı" serialı tamaşaçılarla vidalaşır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 4 mövsümdür yayımlanan serial bir müddət ara verdikdən sonra 5-ci sezonu ilə geri dönüş edib. Ancaq heyətinə məşhur simaları daxil etsə də, istədiyi reytinqi əldə edə bilməyib.

Tamer Karadağlı serialla vidalaşdıqdan sonra daha 6 aktyorla razılaşma əldə edilsə də, bu, nəticəyə müsbət təsir etməyib. Bununla da, serialı ərsəyə gətirən prodakşın və kanal rəhbərliyi arasında narazılıq yaranıb.

Ekran işi iki seriyadan sonra, yəni 109-cu bölümdə ekranlara vida edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.