Şou-biznes

Nigar Camal Cennifer Lopezə oxşarlığına görə DNA testi etdirib

3 İyun 2021 14:42
Baxış: 2 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nigar Camal maraqlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Səhər mərkəzi" proqramına qonaq olan sənətçi onu dünya ulduzu Cennifer Lopezə bənzədilməsindən danışıb. Nigar Camal xarici görünüşünə görə DNA testi etdirdiyini də bildirib:

"Məni Cenniferə oxşadırlar. Bilirsiniz niyə? Çünki o "Latino" tərzli müğənnidir. Məndə də belə quruluş var. Ona görə də bizi bir-birimizə oxşadırlar.

İngiltərədə olan zaman mənə deyirlər ki "Sən argentinalısan?" Qanımda heç bir qarışıq yoxdur. Hətta buna görə DNA testi də etdirmişəm.

Nəticəsi mənə çox maraqlı idi. Bəlkə də başqa millətlə qarışığım var deyə... Amma heç nə çıxmadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.