Şou-biznes

Cem Yılmaz keçmiş xanımına qarşı iddia qaldırdı

2 İyun 2021 02:00
Baxış: 1 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış komediya ustası Cem Yılmaz oğluna verdiyi aylıq 10 min dollar alimentin azaldılmasını tələb edərək məhkəməyə müraciət edib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, o, 8 il əvvəl boşandığı Ahu Yağtuya qarşı 9 yaşlı oğlu Kamala ödədiyi 10 min dollarlıq aylıq alimenti azaltmaq üçün məhkəmə iddiası qaldırıb.

İstanbul 11-ci Ailə Məhkəməsində iddianın ilk iclasında iddiaçı Cem Yılmaz və Ahu Yağtunun vəkilləri qarşı-qarşıya gəliblər. Cem Yılmazın vəkili vasitəsi ilə məhkəməyə verdiyi vəsatətdə ABŞ dollarının məzənnəsinin artması ilə birlikdə ödədiyi alimentin artdığını və alimentin türk lirəsi ilə 40 min lirə olaraq təyin olunmasını istədiyi ifadə edildib.

Məhkəmə, dəlil toplamaq və araşdırma aparmaq üçün iclası bir müddət ertələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory