Şou-biznes

Murad Arifdən "Eurovision"l bağlı qalmaqallı açıqlama

24 May 2021 12:24
Baxış: 2 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın "Eurovision 2021" təmsilçisi Samirə Əfəndinin yarışmada 20-ci yeri tutması və az xal toplaması ətrafında müzakirələr bitmək bilmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əksər ölkələrin "Mata Hari" ifasına xal verməməsi ilə bağlı bu dəfə müğənni Murad Arif fikir bildirib.

"İldə bir dəfə Avropanın televiziya bayramına qoşuluruq. "Avroviziya" özü getdikcə melodiya yarışından çox, "POPsa", qəribəlik, erotizm, dəlilik, sərbəstlik, azadlıq və friklərin yarışına çevrilməkdədir. Hər ölkə də bacardığı kimi yaddaşda qalmağa çalışır.

Azərbaycan bu il başqa nəğmə, mövzu ilə çıxmalı idi. Amma, artıq budur, belədir. Ölkəmizə dəstək olmalıyıq. Hər ilin öz favoritləri, proqnozları olur. Çox zaman mənim proqnozlarım dəqiq olduğu üçün bu il də təxminlərimi sizinlə bölüşürəm. Şəxsən bəyəndiyim mahnılar İtaliya, Portuqaliya və Rusiyadandır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.