Şou-biznes

Hadisədən inanılmaz etiraf - FOTO

22 May 2021 12:17
Baxış: 1 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Hadisənin Belçikada verdiyi açıqlamalar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bundan sonra populyar ifaçı dedikləri ilə bağlı izah verməli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" xəbər yayıb.

Məlumata görə, Hadisə uzun müddətdir görmədiyi anası Gülnihal Açıkgöz və atası Həsən Açıqgözü ziyarət etmək üçün böyüyüb boşa çatdığı Belçkiya yollanıb. Orada MNM radio kanalında Peter Van de Veirenin proqramında qonaq olan Hadisə Belçkikadan təklif gələcəyi təqdirdə ölkəni "Avroviziya"da təmsil etməsi ilə bağlı səmimi etiraflar edib.

"Belçikanı təmsil etmək üçün "Avroviziya" Musiqi Müsabiqəsinə niyə də qatılmayım? Belçika üçün Avroviziyaya getmək istəyirəm, ancaq heç kim mənə təklif etmədi", - deyə bildirib.

Bu sözlər mediada yayıldıqdan sonra kəskin tənqidlərlə üzləşən Hadisə dedikləri ilə bağlı izah verməli olub.

"Ötən gün Belçikanın MNM radio kanalında qatıldığım proqramla bağlı düzəliş. Sözügedən dialoq tam olaraq belə idi:

Sual:

- Belçikadan "Avroviziya"ya qatılmaq üçün təklif gəldimi?

Cavab:

- Xeyr, gəlmədi.

- Gəlsəydi qatılardınız?

- Niyə də yox...

2009-cu il "Avroviziya" nəticələri ilə bağlı: Məğlub olduğum üçün bəli, kədərləndim, ancaq dördüncü olmaq da çox qürur verici idi. Bir müsabiqəyə hər kəs birinci olmaq üçün qatılır. Məndə o ehtiras var idi, amma olmadı. Yanlış anlaşılmaları ortadan qaldırmaq üçün paylaşmaq zərurəti duyduğumun bilinməsini rica edirəm. Hörmətlə...", - deyə məşhur müğənni əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.