01:27 \ 21.05.2021
Niderlandın Rotterdam şəhərindəki "Ahoy Arena"da "Avroviziya" mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.
Milli.Az xəbər verir ki, yarışmanın finalına bu dəfə Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya çıxıb.
Beləliklə mayın 22-də keçiriləcək finalda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan Finlandiya yarışacaq.
Finalda Azerbaycan təmsilçisi Samira Efendi "Mata Hari" mahnısı ilə 21-ci sırada cixiş edecek.
Milli.Az
--------
23:09 \ 20.05.2021
"Avroviziya" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
Milli.Az xəbər verir ki, yarışma Niderlandın Rotterdam şəhərindəki "Ahoy Arena"da keçirilir.
San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka finala keçmək uğrunda mübarizə aparacaqlar.
Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.
Milli.Az