Şou-biznes

İkinci əməliyyat Sevdanın səhhətini pisləşdirib

20 May 2021 15:46
Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Sevda Əliqızının səhhətində ciddi problem yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Xəbər-ətər" verilişində danışıb. O bildirib ki, ayağında podaqra var və sağalmır. Sevda ikinci əməliyyatın onu daha da ağırlaşdırdığını söyləyib:

"Pandemiyada ən böyük depressiyam, dərdim ayağım oldu. Ayağımda podaqra var. Ötən il avqustda əməliyyat olundum. 8 ay əziyyət çəkdim. 1 ay əvvəl yenidən əməliyyat olundum, ondan da betər hala düşdüm. Tək fikrim ayağımın düzəlməsidir. İndi də gedəcəm, görüm nə edəcəklər. Ola bilsin ki, ayağımın özündə ciddi problem var, alınmır, sağalmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.