Şou-biznes

Evinin başına uçduğunu deyirdi - VİDEO

20 May 2021 15:10
Baxış: 2 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nurlan Əzizbəyli 11 ay əvvəl "Bizimləsən" verilişinə gələrək evinin təmirsiz, uçma təhlükəsi olduğunu bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi mənzilinin yenilənməsi üçün yardım istəmişdi. N.Əzizbəyli və həyat yoldaşı Nərmin artıq evlərinin təmir edildiyini bildiriblər.

"Kirayədə qaldıq, pulu dövlət ödəyirdi. Evimiz gözəldi. İndi heç nəyimiz yoxdur, yerdə yatacağıq. Əvvəlki əşyalarımız çürümüşdü. Amma evimiz gözəl oldu. Hər şeyi özüm seçdim" deyə, Nərmin söyləyib.

Nurlan isə təmirdə onlara millət vəkili Qənirə Paşayevanın da yardım etdiyini söyləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.