Şou-biznes

Trans gözəlin qatıldığı veriliş bağlandı

18 May 2021 15:46
Baxış: 2 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ilk trans gözəli seçilən aktrisa Çağla Akalının qonaq olduğu veriliş "RTÜK" tərəfindən cəzalandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Acun Ilıcalıya aid olan "Exxen" platformasında yayımlanan "Katarsis" proqramı bu dəfə Çağlanı qonaq edib. Bu isə onlara baha başa gəlib.

Martda efirə gedən proqramda Akalının uşaqlıq, gənclik illərindən və yaşadığı travmalardan bəhs edilib. Verilişdə diqqət çəkən məqam yaşanmış, bilinməyən bir səbəbdən görüntülər platformadan silinib.

"Oda tv"dən Selen Öktemə danışan Akalın "Veriliş əyləncəli keçdi. 12 martda "Exxen"də yayımlandı. Son iki gündə izləyicilərdən gələn mesajlarla proqramın silindiyini öyrəndim. Aparıcı Gökhan Çıraya vəziyyəti soruşanda özünün də təəccübləndiyini dedi. Mənim olduğum verilişə "RTÜK" tərəfindən pul cəzası kəsilib.

Əgər mənim keçmişdə yaşadığım acı günlər cəzalandırılıbsa, nə deyim. Yaşadığım həyat insanları yoldan çıxarmaz. Yaşadıqlarım insanlara ibrət olacaq hallardır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.