Şou-biznes

Neçə gündür düşünürəm, bunu izah etməyə söz tapa bilmirəm"

29 Aprel 2021 14:49
Baxış: 1 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son müraciətimə yazılan şərhləri oxuyarkən kövrəlməmək, dolmamaq mümkünsüzdür. Siz mənə nəinki izn verdiniz, həm də anlata bilməyəcəyim qədər müsbət hisslər yaşatdınız".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkə hesabında yazıb. Uzun müddət yaradıcılığına fasilə verən sənətçi bir neçə gün əvvəl yenidən işlərinin başına qayıtmaq istədiyini açıqlayıb. Namiq bunun üçün şahid və qazi ailələrindən icazə istəyib:

"Neçə gündür düşünürəm, həqiqətən də söz tapa bilmirəm ki, hisslərimi izah edim. Yəqin zaman-zaman müsahibələrimdə izah edə biləcəm. Əslində heç bir şey etməmişəm. Sadəcə, xalqla eyni düşünmüşəm. Bunun müqabilində məni bu xalq qəhrəmanlaşdırdı, göylərə qaldırdı. Bir daha sübut olundu ki, biz bizə dəyər verəni iki qat dəyərləndirən xalqıq. Allah sizdən razı olsun. Sizə sonsuz təşəkkür edirəm. Qarşınızda baş əyirəm".

Qeyd edək ki, N.Qaraçuxurlu müharibə ərəfəsində və ondan sonra yaradıcılığına ara verdiyini açıqlamışdı. O, bu addımı şəhidlərə, qazilərə görə atdığını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.