Şou-biznes

"Çuşka"lar, "qıjı"lar... - Nadir “Cənnətdə görüşərik” statusunu qınayanları təhqir etdi

28 Aprel 2021 10:06
Baxış: 3 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadənin mərhum Əməkdar artist Baloğlan Əşrəfovla bağlı yazdığı status müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçının öz instaqram hesabında Əşrəfov barədə yazdığı "Cənnətdə görüşərik" şərhi izləyicilərin qınağına səbəb olub.

Bundan sonra Nadir videoaçıqlama yayaraq onu tənqid edənlərə cavab verib, hətta onları təhqir edib: "Baloğlan Əşrəfov barədə yazdığım status niyə bu qədər qloballaşdı? Niyə cənnətə düşməyək? "Cənnətlik" sözüm sizin niyə gözünüzə dəydi? Yazmışam ki, siz cənnətə düşün, biz də arxanızca gələk. Bunu düşünmək, anlamaq çox çətindirsə, sizə cənnət qismət olmasın. Heç kim üçün ağlamağa, sızlamağa dəyməzmiş.

Gedin, düşünün ki, kimsiz siz? "Çuşka"lar, "qıjı"lar... Bəli, bu adlar sizə aiddir. Bunu bəzi şərh yazanlara aid edirəm. Allah ölənlərə rəhmət etsin. Başlarını götürüb dırnaqarası azərbaycanlıların əlindən getdilər. Onu-bunu qınayırsız, qeybətini edirsiz, evlərini yıxırsız. Sizin işiniz, gücünüz budur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.