Şou-biznes

Ağır xəstəliyə tutulan aktrisa serialdan ayrıldı - FOTO

27 Aprel 2021 09:34
Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur aktrisası Canan Ergüder süd vəzi xərçənginə tutulduğu üçün baş rolunu oynadığı "Menejerimi ara" serialından ayrılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kimya terapiyasına başlayan aktrisa çəkiliş meydanından çəkdirdiyi fotoları özünün "Instagram" hesabından paylaşıb.

"Bəzən izlədiyimiz yol gözlənilməz bir dönüşə səbəb ola bilər. Əhəmiyyətli olan çox sarsılmadan axına tabe olmaqdır. Bildiyiniz kimi, səhhətimlə əlaqədar bir müddət işimə ara verirəm. Bu axşam "Menejerimi ara"da oynadığım son bölüm olacaq. "Feris Dikmen"lə vaxtsız vidalaşmaq mənim üçün çətin olsa da, onu oynaya bilmək çox xoş idi", - deyə Ergüder bildirib.

Pərəstişkarları bu xəbərdən çox kədərlənərək, onun tezliklə sağalmasını diləyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.