Şou-biznes

Aynişan izləyicilərinə avtomobil bağışlayacaq

13 Aprel 2021 14:49
Baxış: 2 860
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva izləyicilərinə avtomobil hədiyyə edəcək.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən bloger yarışma keçirdiyini vurğulayıb.

Belə ki, "İnstagram" hesabında yarış keçirən Aynişan izləyicilərindən birinə "Hyundai ix35" markalı avtomobil hədiyyə edəcəyini açıqlayıb:

"Və həyacan başlasın! Hər kəsin gözlədiyi maşın yarışımıza start veririk! Birinci yerin qalibinə "Hyundai ix35" markalı avtomobil".

Qeyd edək ki, blogerin sosial şəbəkədə 1 milyondan çox izləyicisi var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.