Şou-biznes

Allah Natavanın ürəyinə sevgi, mərhəmət gətirsin"

12 Aprel 2021 11:04
Baxış: 1 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox çılğındır, hələ də böyüməyib. Yaşca məndən böyükdür, amma ürəyi çox balacadır. Allah onun ürəyinə sevgi, mərhəmət gətirsin. Bu küsməkləri yığışdırsın. Ömrüboyu küsdü. Belə həyatla hara gedib çıxacaq? Gözəl həyatı, sağlam övladı var, bunu yaşamağa dəyər. Əgər problemimiz varsa, çözək, başqalarında axtarmayaq".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan müğənni Natavan Həbibinin ünvanına deyib. Sənətçi "ATV maqazin onlarla" verilişində həmkarı ilə aralarında yaşanan küsülülükdən danışıb.

Röya Natavanın bir vaxtlar onun ünvanına dediyi "Oğurluq aşkarladım. Məni əməlii başlı pula satdılar" sözlərinə cavab verib:

"Bir oğlan var, pul verib mahnı almışam. Getdim İstanbula, 6 aydan sonra oğlan dedi ki, oxumursa, başqasına verim. Dedim ki, pulunu vermişəm, nə istəyir? Oğlan deyib ki, bir qələt edib, mahnını eyni anda sizə də, Natavana da göndərmişəm. Dedim, verin oxusun. Mahnıya 3500 manat ödəmişdim. Belə şeylə dost itirmərəm. Xəyanət mən tərəfdən olmayıb. Belə şeylərə görə aramız dəyməsin. Bizim dalaşan yox, oturub dərtləşən, problemləri deyib gülmək vaxtımızdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.