Şou-biznes

Polislər sosial media fenomeninin evinə basqın etdi

11 Aprel 2021 09:32
Baxış: 1 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özünə ad günü keçirən sosial media fenomeni Enes Baturun evinə polis basqın edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 23 yaşını qeyd edən fenomen Acarkentdə yerləşən villasında böyük məclis təşkil edib.

100 nəfərin qatıldığı qonaqlıqda karantin qaydaları pozulub. Məclis iştirakçıları sosial məsafə və maska kimi izolyasiya qaydalarına əməl etməyiblər. 

Axşam saatlarında başlayan qonaqlığa polis basqın edib. Bundan sonra iştirakçıların böyük əksəriyyəti evin arxa qapısından qaçıb. Polis məclisdə qalanların hər birinə  3500 lirə (730 manat) dəyərində cərimə yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.