Şou-biznes

Məşhur blogerlər ayrıldılar

30 Mart 2021 15:42
Baxış: 2 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur bloger cütlük Fərid və Nagehan Abdullayev cütlüyü ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar uzun müddətdir birlikdə foto yayımlamır, bir-birini İnstaqramda izləmədən siliblər. Hətta Nagehan birlikdə olan şəkillərini də profilindən yığışdırıb.

Nagehan Türkiyəyə valideynlərinin yanına qayıdıb. O, sosial şəbəkədə bir müddət orada qalacağını yazıb.

Fərid isə Moskvaya yollanıb.

Qeyd edək ki, Fərid və Nagehan Türkiyədə evlilik proqramında tanış olub, ailə qurublar. Cütlüyün Kumsal adlı bir qız övladı var. Nagehan bir müddət əvvəl ikinci övladına hamilə olduğunu açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.