Şou-biznes

Nisə Qasımova ilə Brilliant Dadaşova barışdıqdan sonra ilk dəfə bir arada

16 Mart 2021 18:34
Baxış: 1 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artistləri Nisə Qasımova və Brilliant Dadaşova uzun sürən küsülülkdən sonra barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənnilər barışıqdan sonra ilk dəfə üz-üzə gəliblər. Onların birlikdə çəkilən fotosunu aparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında yayımlayıb.

Qeyd edək ki, N.Qasımova və B.Dadaşova ATV-də yayımlanan "Gündən-günə" proqramında barışmışdılar. Qasımovanın ad gününə həsr edilən proqrama telefonla qoşulan Dadaşova ona qarşı kin bəsləmədiyini deyib.

B.Dadaşova N.Qasımovanın "Mənim dünyam" və "Yalvarıram" mahnısını icazəsiz oxuyub. Bu da qarşı tərəfi əsəbiləşdirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.