Şou-biznes

Yolda belə tanınmayan məşhur gitaraçı: “Mənim Rəmişdən vacib işlərim var” - VİDEO

17 Fevral 2021 18:59
Baxış: 2 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Elgizlə İzlə" verilişinin növbəti qonağı gitara ifaçısı Rəhman Məmmədli olub.

Milli.Az xəbər verir ki, ifaçı, xalq artisti Rəmiş (Rafiq Hüseynov) haqqında söylədiyi fikrə aydınlıq gətirib:

"Mənə zəng vurub müsahibə üçün çağırdılar. Getdim, dedilər ki, Rəmişi ziyarətə gedirik, bizimlə gələrsiz? Dedim, axı o reanimasiyadadır, yanına buraxmazlar. Dedi, biz icazə alacağıq. Mən də razılaşdım, getdim. Tıxacla birgə 2 saata xəstəxanaya çatdıq. Orada 2 gitaraçı gəldi, Rəmişin pəncərəsi önündə ifa etməyə başladılar. 1 saatdan da çox zamanım orada getdi. Mən də dedim ki, bura baxın, 3 saat vaxtım itdi, mən bu qədər bekar adamam? Siz gedib Rəmişlə görüşün. Mənim bundan da vacib işlərim var".

Gitaraçı, Rafiq Hüseynovun Rəmiş fenomeni yaratdığını da etiraf edib:

"Allah Rəmişə şəfa versin. Azərbaycana gitaranı o gətirib. Bu, danılmazdır. Müxtəlif ölkələrdə gitaramla ifa etmişəm, amma Rəhman fenomeni yaratmamışam. Lakin Rəmiş fenomeni var. Bir dəfə hətta, yolda balaca uşaqlar məni işarə edərək,"bax, Rəmiş" deyə göstərdilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.