Şou-biznes

"Məni açıq-saçıq şəkillərimə görə tanıdılar"

11 Fevral 2021 14:46
Baxış: 2 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Dilarə Kazımova bütün pullarını layihələrinə xərcləməsindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Xəbər-ətər" proqramında qonaq olarkən deyib. Dilarə bildirib ki, evini təmir etdirə bilmir:

"Hər dəfə deyirəm ki, evi təmir etdirib, amma qalır. Əlimdə olan pulu layihələrimə xərcləyirəm. Deyirəm, bunu da təqdim edim növbəti dəfə evə xərcləyərəm. Beləcə, 4 ildir evimi təmir etdirə bilmirəm".

Dilarə açıq-saçıq geyimlərindən söz açıb. O deyib ki, tamaşaçı onu daha çox bu cür geyimlərdən sonra tanıyıb:

"Həmişə deyirlər ki, niyə belə açıq-saçıq geyinirsən. Axı, sənin gözəl səsin var? Açıq-saçıq geyinəndən sonra daha da məşhur oldum. Bu, məndən asılı deyil, obrazdır. Şəkillər də məqsədəuyğun çəkilir. Qapalı fotolar bəyəni yığmır. Dekolteli şəkillərə isə reaksiya çox olur".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.