Şou-biznes

Könül Kərimova izləyiciləri təhqir etməsindən danışdı - VİDEO

28 Yanvar 2021 13:24
Baxış: 1 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Könül Kərimova bir müddət öncə sosial şəbəkə istifadəçiləri ilə arasında yaşanan qalmaqaldan danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni "Xəbər ətər" proqramına qonaq olarkən rəy yazaraq onun estetik prosedurlara hədsiz dərəcədə əl atdığını, görünüşünün tamamilə dəyişdiyini iddia edənlərə cavab verib.

K. Kərimova təbii gözəl olduğunu qeyd edib: "Ətrafımda olan hər kəs bilir ki, bu prosedurları etdirmək mövzusunda çox tənbələm. Bir balaca gözəl görünəndə yazırlar ki, botoks etdirmisən!

Adətən "əşi, gedərəm" deyib həmişə günü günə satmışam. Bir gün evdəkilər də dedilər ki, düz edirsən, getmə! Deyirlər ki, hamı məndən danışır, fikirləşirlər ki, nəsə etdirib belə gözəl olmuşam. Nə vaxt desələr ki, nə günə qalmısan, bax o zaman gedərəm".

Qeyd edək ki, sənətçi bir müddət əvvəl paylaşdığı fotoya şərh bildirənlərə bir-bir cavab yazmış, hətta onları təhqir etmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.