Şou-biznes

Dado boşandıqlarını deyir, Natavan isə...

18 Yanvar 2021 12:12
Baxış: 2 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Natavan Həbibi ilə repçi Səid Əliyev (Dado) bir müddət əvvəl rəsmi boşandığını açıqlamışdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda dado sosial şəbəkədə status paylaşmışdı. Amma bir neçə gün sonra Natavan yenidən repçi ilə səmimi görüntülərini yayımlayıb. Onlar yenidən barışdıqlarını nümayiş etdiriblər.

N.Həbibi "Onda görüşək" proqramına telefonla zəng edərək ayrılma xəbərlərinə münasibət bildirib:

"Bizim məsələmiz hamıda necədirsə, elədir. Heç dalaşmayan, küsməyən ailə varsa, nə xoş onlara. Hamı onu yaşayır, biz də. Biz boşanmamışıq. Hər şey o qədər göz önündədir ki, insanlar hələ də nəsə fikirləşəndə deyirəm ki, mən necə safam. Dalaşdıq, barışdıq, videolar paylaşdıq".

Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Onların Zeyd adlı bir oğlan övladı var.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.