Şou-biznes

Elçinin Şuşadan FOTOarı

6 Yanvar 2021 18:19
Baxış: 1 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

28 ildən sonra düşməndən azad edilən Şuşaya bu dəfə müğənni Elçin Cəfərov gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi orada çəkdirdiyi şəkilləri sosial şəbəkə hesabında yayımlayıb. Elçin Şuşa ilə bağlı təəssüratlarını bölüşərək bunları yazıb:

"O qədər mədəni şəhərdir ki, yüksək səs tonu ilə belə danışmaq istəmir insan. Onların vəhşiliyi bu şəhəri korlaya bilməyib, bilməyəcəkdi də. Hüzur var, insan rahatlıq tapır. Yolda çox kövrəlmişdim. Yol ətrafında döşəklər, əsgər paltarları, yanmış hərbi maşınlar var idi və bütün bunları görə-görə özüm özümə deyirdim: Qardaşlarımız gör bu qədər yolu necə çətin, həyəcan içində gediblər, nələr yaşayıblar. Onların sayəsində bu gün "Şuşa bizimdir" deyirik. Allah şəhidlərimizi cənnətlə müjdələsin, bütün əsgər və qazilərimizi qorusun".

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.