Şou-biznes

"Pulunun olmağı, yüksəlməyin önəmli deyil" - İradə İbrahimova - VİDEO

18 Dekabr 2020 15:14
Baxış: 2 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Önəmli olan harada olduğun, nə qədər uğur qazandığın, yüksəldiyin, pulunun olmağı deyil. Məncə, önəmli olan neçə insan sağaltmağın, yüksəltməyin, ilham verməyin, ruhuna toxunmağındır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Əsgərin pianoda ifasını yayımlayan sənətçi bunları əlavə edib:

"Mənim ruhuma toxunan, çox şeyi görməyimə vəsilə olan, olduğum kimi qalmağıma imkan verməyən hər kəsə, hər şeyə məndən böyük təşəkkür. Əsgərimizin bu möhtəşəm ifası məni çox duyğulandırdı. Kim bilir hansı duyğularla ifa edib. İfa mənə "Yaşamaq Allahın əmridir. Hamımız əmr quluyuq və aldığımız hər nəfəsin qiymətini bilək, doya-doya yaşayaq" dedi.

Dünyaya savaşdakı igidlikləri ilə yanaşı mədəniyyətimizi də nümayiş etdirən Azərbaycan əsgəri, çox yaşa. Harada yaşam varsa, orada ümid var. Həyatın içində gördüyümüz hər gözəl şey yaşamaq üçün bir vasitədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.