Şou-biznes

Aktyorun maddi sıxıntısı var: "Çarə tapmıram"

16 Dekabr 2020 18:54
Baxış: 2 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Səhhətimdə problem var. Əlim əsir. Sinirlə bağlı problemdir. Ona görə də işləmirəm. Bir neçə yerə müraciət etmişəm. Söz veriblər. Yəqin kömək edərlər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Allahverdi Yolçuyov "Elgizlə izlə" proqramında deyib. Sənətçi beş ildir çalışmadığını, maddi sıxıntıları olduğunu söyləyib:

"Ancaq həkimlərdəyəm. Klinikalar təmənnasız müayinə edirlər. Artıq çıxış yolu tapa bilmirəm. Nəsə bilsəm edərəm. Ailəmə bağlı adamam, onları düşünürəm.

İndi kürəkənim kömək edir, amma onun da 3 uşağı var. Dostlarım da yardım edir. 20-ildən çox teatrda çalışmışam. Əvvəl dublyaj var idi, gəlir olurdu. İndi o da yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.