Şou-biznes

"Toppuş bacı" xərçəng xəstəliyindən sağaldı

6 Dekabr 2020 18:51
Baxış: 6 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Tünzalə Əliyeva xərşəng xəstəliyindən sağalıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, o bu haqda sosial şəbəkədə yazıb. "Toppuş bacı" ləqəbli aktrisa bildirib ki, analizlərinin cavabı yaxşı olub və xərçəng xəstəliyinə qalib gəlib:

"Mənə gözəl sözlər, dualar yazırdınız. Dualarınız qəbul oldu, iki gün əvvəl aldığım analiz cavablarına görə törəmə və metastaz yoxdur. Bu, o deməkdir ki, mən xərçəngdən xilas oldum. Mənə təmənnasız qayğı göstərdiklərinə görə Milli Onkologiya Mərkəzinə təşəkkür edirəm. Məni sağlam ailəmə qaytardılar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.