Şou-biznes

"Qələt edib deyirsən "mən beləyəm"" - Flora Kərimova

17 Avqust 2020 16:02
Baxış: 4 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənnilərin tək oxumağı yox, intelektual səviyyəsi olmalıdır. Hər birimiz millətin nüfuzudur. Dediyimiz sözə, atdığımız addıma fikir və hesabat vermək borcumuzdur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Ən yaxşısı" verilişində deyib. Müğənni sənət adamlarına səslənib.

Kərimova, eyni zamanda, müğənniləri tənqid edən və qısqanc kişilərdən də söz açıb:

"Qələt edib deyirsən "mən beləyəm". Dilinin, millətinin qədrini bilməlisən. Buna görə də kişilərə səslənirəm ki, qısqananda, danışanda sözünüzə fikir verin. Siz Azərbaycan qadını, millətini təmsil edən xanım haqda danışırsınız. Nə qədər qısqanırsınızsa, o qədər ehtiyatlı olun. Qoyun papağınızı qarşınıza, fikirləşin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.