Şou-biznes

Elza Seyidcahan bayramda insanlara disk payladı - FOTO

4 Avqust 2020 15:09
Baxış: 2 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan Qurban bayramı ərəfəsində maraqlı addım atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni insanlara qurbanlıq ət paylayıb. Maraqlısı isə odur ki, ifaçı eyni zamanda hər kəsə kitab və öz mahnılarının yer aldığı disklər verib.

Seyidcahan bu addımını qəribə qarşılayanların az olmadığını etiraf edib:

"İnsanlar ancaq yeməyi düşünür. Biri mənə qayıtdı ki, nə edirəm kitabı? Kitab verməyi özümə borc bildim. Onsuz da ölkə başçısı insanların qayğısına yetəri qədər qalır. Son vaxtlar çoxları kitablardan uzaq düşüb. Qərar verdim ki, kitab qədər dəyərli hədiyyə yoxdur. İnsanlar bir az maariflənsin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.