Şou-biznes

"Hərbiçilərimiz şəhid olanda yaralarım daha betər qanamağa başlayır"

25 İyul 2020 16:11
Baxış: 2 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

24 ildir uşaqlar yetişdirir festivallara aparıram. Ermənilərin təxribatlarını orada da görürəm. Onlar uşaqlarına da öyrədirlər ki, orada təxribat yarat, hamı onları pis tanısın. Bir dəfə festivala getmişdim. Ermənilər ora zəng vurub deyiblər ki, Azərbaycan qrupunun rəhbərinin əri şəhid olub, orda dava salacaq, qovun onu. Biz getdik, hamı bizlə ehtiyatla davranırdı. Sonra onlar özləri provakasiya etməyə başladılar. Gedib köynək geyindilər: arxasında erməni xəritəsi, ortadan Qarabağ yazılıb. Rəsmi müraciət etdim və köynəkləri çıxartdırdım. Onda dedilər ki, onlar deyirdi siz bura adam öldürməyə gəlmisiniz.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova "Zaurla Günaydın" proqramında deyib. Müğənni xaricdə qatıldığı festivallarda ermənilər tərəfindən ona qarşı edilən təxribatlardan söz açıb.

Şəhid olan həyat yoldaşı Xalid Quliyevdən söz açan Haşımova bildirib ki, hər dəfə cəbhədə atəşkəs pozulanda həmin anları yenidən yaşayır:

"Hamımızın gözlədiyi məqam var, Qarabağdan Azərbaycan bayrağı asılsın. Mənim taleyim şəhid oldu. Bilməliyəm ki, bunun əvəzində torpağımız geri alındı, qan batmadı. Hər dəfə torpağımız uğrunda hərbiçilərimiz şəhid olanda yaralarım daha betər qanamağa başlayır. Son günlər izlədiyim proseslər məni lap pis günə qoydu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.