Şou-biznes

Los Ancelesdə olan Hüseyn tənqid edildi: "Paraşütdən tullanma, dəstək ol

24 İyul 2020 19:18
Baxış: 2 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada məşhurlaşan azərbaycanlı bloqqer Hüseyn Həsənov yenidən sosial şəbəkələrdə tənqid atəşinə tutulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hazırda Los Ancelesdə olan Hüseyn paraşütdən atdanıb. O, görüntülərini sosial şəbəkədə yayımlayıb. Qısa zamanda səhifələrdə paylaşılan görüntülər tənqid edilib.

Hər kəs Los-Ancelesdə azərbaycanlıların şəhidlərimizə dəstək aksiyası keçirdiyi ərəfədə ermənilərin hücumuna məruz qalmasını xatırladıb. Onlar H.Həsənovun həmvətənlərinə dəstək olmadığını qeyd ediblər.

İzləyicilər bloqqerin bir müddət əvvəl orada olarkən fanatları ilə görüşündə yaşanan izdihamı xatırladaraq, onun paraşütdən tullanmaq əvəzinə həmyerlilərimizə dəstək ola biləcəyini yazıblar.

Qeyd edək ki, Hüseynin İnstaqramda 14,1 milyon izləyicisi var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.